Dünya Özəl

Rusiya nüvə silahlarının Belarusa göndərməsi prosesini yekunlaşdırdı

Rusiya nüvə silahlarının Belarusa göndərməsi prosesini yekunlaşdırdı

Rusiyadan Belarusa nüvə silahlarının göndərilməsi prosesi başa çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko açıqlama verib.

Nüvə silahlarının ölkəsinə daşınması prosesinin tamamlandığını bildirən Lukaşenko, "Daşıma artıq sentyabr və ya oktyabrda tamamlanıb. Son göndəriş oktyabrın əvvəlində edilib. Hər şey yerində və yaxşı vəziyyətdədir”. - deyə bildirib.

Xatırladaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Belarusun müdafiə naziri Viktor Hrenin may ayında “Rusiyanın qeyri-strateji nüvə silahlarının Belarusdakı anbarda saxlanması prosesi” ilə bağlı sənədlər imzalayıblar.

Aysu Demokrat.az

D
demokrat.az