Dünya Özəl

Bayden Qəzzada əsirlərin azad edilməsindən DANIŞDI

Bayden Qəzzada əsirlərin azad edilməsindən DANIŞDI

ABŞ Prezidenti Co Bayden Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani ilə telefon danışığı aparıb.

Demokrat.az xəbər verir ki, bu barədə Ağ Evdən yazılı açıqlama verilib.

Bildirilib ki, görüşdə tərəflər Qəzzaya humanitar yardım axınını müzakirə ediblər.

Həmçinin Qəzzada əsirlərin, o cümlədən Amerika vətəndaşlarının azad edilməsi məsələsi müzakirə edilib.

İki lider Qəzzaya mühüm humanitar yardım axınının saxlanması və artırılması səyləri ilə bağlı məsləhətləşib.

Aysu Demokrat.az

D
demokrat.az