Dünya Özəl

Ən yaşlı britaniyalı məhbus bu il Miladı tək keçirib

Ən yaşlı britaniyalı məhbus bu il Miladı tək keçirib

Britaniya həbsxanasında cəza çəkən 70 yaşlı seriyalı qatil Robert Maudsley bu il Milad bayramını tək adamlıq kamerada keçirib. O, həbsxanada üç məhbusu öldürdükdən sonra digər məhbusların həyatı üçün təhlükəli hesab edilib və cəzasını tək adamlıq kamerada çəkməsinə qərar verilib. Bu il ona Milad bayramını digər məhbuslarla birlikdə keçirməyə icazə verilməyib.

Qətldə təqsirli bilinən Maudsley 1974-cü ildən 21 yaşından həbsxanadadır. Bu ilin əvvəlində seriyalı qatil 16 min 600 gün tək adamlıq kamerada qalmaqla xüsusi rejimdə cəza çəkmə üzrə rekord qırıb. Maudsley o qədər təhlükəli sayılır ki, ömrünün sonuna qədər güllə keçirməz şüşə kamerada tək qalmasına, həbsxana işçiləri və məhbuslarla qarşılaşmamasına qərar verilib.

"British Mirror"un yazdığına görə onun qaldığı kamera “The Silence of the Lambs" ("Quzuların səssizliyi”) filmindəki adamyeyən qatil “Hannibal Lekter”in hücrəsinə bənzəyir. O da bildirilir ki, Maudsley 51 il həbsdə yatdıqdan sonra 2017-ci ildə vəfat edən İan Bredidən sonra ən yaşlı britaniyalı məhbusdur.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova