Dünya Özəl

İndoneziyada nikel zavodunda partlayış baş verdi

İndoneziyada nikel zavodunda partlayış baş verdi

İndoneziyanın Sulavesi adasındakı nikel zavodunda baş verən partlayış nəticəsində ölən işçilərin sayı 18-ə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata əsasən, polis rəsmiləri hadisə ilə bağlı istintaq tamamlanana qədər fabrikin fəaliyyətinin dayandırıldığını bildiriblər.

Səlahiyyətlilər həyatını itirən 18 işçidən 8-nin çinli olduğunu, 44 yaralı işçinin isə müalicəsinin davam etdiyini bildirib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova