Fransanın Meaux bölgəsində bir evdə qadın və 4 uşağının cansız cəsədi tapılıb.
Demokrat.az xəbər verir ki, bu barədə yerli media orqanları məlumat yayıb.
Məlumata əsasən, cəsədlərin tapılmasından sonra prokurorluq cinayət araşdırması başladıb.
Polisin verdiyi açıqlamada evdə bir qadın və 4 azyaşlı uşağın meyiti tapıldığı, uşaqların atasının isə qaçdığı bildirilib.
Fransa polisi 33 yaşlı şəxsi tapmaq üçün bölgədə əməliyyat başlatdıqlarını açıqlayıb.
Hadisənin təfərrüatları araşdırılmağa davam edir.
Aysu Demokrat.az


