Kriminal Özəl

Ticarət mərkəzində atışma — Ölən və yaralananlar var

Ticarət mərkəzində atışma — Ölən və yaralananlar var

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kolorado ştatında ticarət mərkəzində baş verən silahlı hücumda 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilib ki, Kolorado ştatının Kolorado-Sprinqs şəhərindəki ticarət mərkəzində baş verib.

Naməlum səbəbdən baş verən atışmada 1 nəfər ölüb, 2-si ağır olmaqla 3 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım qrupları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Aysu Demokrat.az

D
demokrat.az