Dünya Özəl

Çində zəlzələ nəticəsində ölənlərin sayı 149-a çatdı

Çində zəlzələ nəticəsində ölənlərin sayı 149-a çatdı

Çinin Qansu əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 149 nəfərə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə yerli hökumət məlumat yayıb.

Məlumata görə, zəlzələdən zərər çəkən qonşu Çinxay əyalətinin Donqay rayonunda torpaq sürüşməsi altında qalan daha bir itkin düşmüş şəxsin cansız cəsədi tapılıb.

Belə ki, zəlzələdə həyatını itirənlərin sayı Qansu əyalətində 117, qonşu Çinxay əyalətində isə 32 nəfər olub.

Xatırladaq ki, dekabrın 18-də gecə yarısına bir dəqiqə qalmış Qansuda 6,2 bal gücündə zəlzələ baş verib.

Aysu Demokrat.az

D
demokrat.az