Radiasiya fonu üzərində aparılan monitorinqlərin nəticələrinə görə ölkə ərazisində radiasiya fonu norma daxilindədir. 12-18 avqust tarixlərində Rusiya ərazisində və onun cənub sərhədlərində radiasiya fonunun pisləşməsi barədə məlumatlar yayılsa da, həmin günlərdə Azərbaycanda radioaktiv göstəricilər və faktiki radiasiya şəraiti norma daxilində olub.
Bu barədə Demokrat.az-a ETSN Milli Monitorinq Departamentindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, Azərbaycanda radiasiya fonu üzərində tam avtomatlaşdırılmış 6 onlayn erkən radioloji xəbərdarlıq monitorinq nəzarəti sistemləri quraşdırılıb və bu mükəmməl sistem vasitəsilə ölkədə radiasiya fonu daim nəzarətdə saxlanılır.
Xatırladaq ki, avqustun 8-də, Rusiyanın Arxangelsk vilayətində, maye reaktiv mühərrik qurğuları poliqonunda sınaq keçirilərkən baş vermiş partlayışdan sonra Rusiyanın bir sıra ərazilərində, həmçinin cənub sərhədlərində, xüsusən avqustun 12-18-də radiasiya fonunun dəyişməsi ilə bağlı məlumatlar yayılıb.


