Dünya Özəl

Venesuela 8-i ABŞ vətəndaşı olmaqla, 21 nəfəri azad etdi

Venesuela 8-i ABŞ vətəndaşı olmaqla, 21 nəfəri azad etdi

Venesuela administrasiyası 8-i ABŞ vətəndaşı olmaqla ümumilikdə daha 21 nəfəri azad edib.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatlar beynəlxalq mediada yer alıb.

Bildirilib ki, ABŞ və Venesuela rəhbərliyi arasında əldə olunan məhbus mübadiləsi razılaşmasına əsasən, Venesuela 8-i ABŞ vətəndaşı olan 21 nəfəri azad edib.

Qeyd olunub ki, azad edilənlər arasında Venesuela prezidenti Nikolas Maduronun hökumətinə qarşı “uğursuz çevriliş cəhdi”ni həyata keçirməkdə ittiham olunan və 20 il müddətinə azadlıqdan məhrum edilən ABŞ vətəndaşları Luke Alexander Denman və Airan Berry də var.

Bundan başqa, Venesuela müxalifəti həbsxanalarda daha 290 siyasi məhbus olduğunu iddia edir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova