Dünya Özəl

Praqada silahlı hücum: Çoxlu sayda ölü və yaralı var

Praqada silahlı hücum: Çoxlu sayda ölü və yaralı var

Çexiyanın paytaxtı Praqanın mərkəzində baş verən silahlı hücumda azı 15 nəfər ölüb, onlarla insan yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə xarici media orqanları məlumat yayıb.

Məlumata əsasən, Praqada universitetə ​​silahlı hücum edilib. Hücumdan sonra açıqlama verən daxili işlər naziri Vit Rakusan atəş açan şəxsin öldürüldüyünü bildirib.

Hücumda həyatını itirənlərin sayı 15-ə yüksəlib.

Təxminən 30 yaralı var, onlardan 9-nun vəziyyəti ağırdır.

Qeyd edək ki, ölkə polisi silahlı şəxsin universitetin tələbəsi olduğunu açıqlayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova