Sosial Özəl

Kərə yağları ilə bağlı XƏBƏRDARLIQ

Kərə yağları ilə bağlı XƏBƏRDARLIQ

Dövlət Statistika Komitəsinin hesabatına əsasən bu ilin yanvar-noyabr aylarında ölkədə 24 min 649 ton kərə yağı istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.7% çoxdur. Hesabat dövründə Azərbaycanda kərə yağı istehsalı idxaldan 65.3% çox olub.

Ölkədə istehsal olunan yağların keyfiyyəti barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlama verib:

Kərə yağları ilə bağlı XƏBƏRDARLIQ

"Şübhəsiz ki, statistik rəqəmlər böyük istehsal müəssisələrinin rəqəmləridir. Bu müəssisələrdə istehsal olunan yağların keyfiyyəti normaldır, standartlara uyğundur və tərkibi də etiketində yazıldığı kimidir. Qida Təhlükəsizliyi Agentliyi istehsala nəzarət edir. Bununla bağlı Azad İstehlakçılar Birliyinə hər hansı şikayət daxil olmayıb.

Lakin təəssüf ki, kiçik istehsal müəssisələrində və ev şəraitində kərə yağı adı altında istehsal olunan yağlar da var. Belə yağlar adətən, bazarlarda, məhəllə marketlərində, əldə satılır. Bu yağlar təbii kərə yağı deyil, tərkibində vaxtı keçmiş marqarinlər var.

Xarici ölkələrdən də Azərbaycana yüksək keyfiyyətli kərə yağları idxal edilir, Yeni Zelandiya, Fransa və Almaniyadan. Supermarketlərdə satışda olan kərə yağlarının insan orqanizminə zərəri yoxdur. Digər yerlərdə satılan yağların istehlakı isə tövsiyə olunmur".

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova