Cənubi Koreyanın avtomobil şirkəti “Hyundai” Rusiyadakı istehsal obyektini satmaq qərarına gəlib.
Demokrat.az xəbər verir ki, bu barədə şirkətdən açıqlama verilib.
Açıqlamada 2022-ci ilin mart ayından Rusiyada fəaliyyətlərin dayandırıldığı xatırladılıb və ölkədəki istehsal obyektinin satışına qərar verildiyi bildirilib.
Şirkət bu gün direktorlar şurasının iclasını keçirib və Rusiyadakı “Hyundai Motor Production” (HMMR MMC) şirkətindəki bütün səhmlərinin “Art-Finance” MMC-yə satılması planını təsdiqləyib.
Açıqlamada qeyd olunub ki, “Hyundai” “Art-Finance” ilə müqavilənin son detalları üzərində işləyir.
Aysu Demokrat.az


