Rusiya ilə müharibənin davam etdiyi Ukraynada ən azı 10 min dinc sakin öldürülüb.
Demokrat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) məlumat yayıb.
Bildirilib ki, Rusiya ilə müharibənin davam etdiyi Ukraynada ən az 10 min mülki şəxs ölüb, 18 min 500 nəfər isə yaralanıb:
"İnsan Haqları Bürosu 2022-ci ilin fevral ayından bu yana qarşıdurmalar nəticəsində 560-dan çoxu uşaq olmaqla, ən azı 10 min mülki vətəndaşın öldüyünü qeydə alıb və təsdiqləyib.
18 min 500 mülki vətəndaşın isə yaralandığı təsdiqlənib. Real rəqəmlər sözsüz ki, daha çoxdur. Qeyd edək ki, ən çox mülki ölüm halları Donetsk, Xarkov, Xerson və Zaporojyada baş verib”.
Aysu Demokrat.az


