Dünya Özəl

İraq və Suriyanın şimalında 7 terrorçu zərərsizləşdirildi

İraq və Suriyanın şimalında 7 terrorçu zərərsizləşdirildi

İraqın şimalında 3 PKK, Suriyanın şimalında isə 4 PKK/YPG terrorçusu olmaqla 7 terrorçu türk ordusu tərəfindən zərərsizləşdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İraqın şimalında Hakurk bölgəsində 3, Suriyanın şimalında Fərat Qalxanı bölgəsində 4 PKK/YPG terrorçusu olmaqla 7 terrorçu zərərsizləşdirilib.

Açıqlamada həmçinin, "Nə İraqın şimalı, nə də Suriyanın şimalı terrorçular üçün təhlükəsiz deyil”.- deyə vurğulanıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova