İsrail ordusunun Qəzza zolağının şimalındakı Cibaliya bölgəsində həyata keçirdiyi hücumlarda ən azı 100 nəfər həlak olub.
Demokrat.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi “WAFA” məlumat yayıb.
Məlumatda, İsrail ordusunun Cibaliya bölgəsində həyata keçirdiyi hücumlarda ən azı 100 nəfərin öldüyünü, 20-dən çox adamın isə yaralandığını bildirib.
Səhiyyə rəsmiləri dağıntılar altında ən azı 100 nəfərin olduğunu qeyd ediblər.
İşğalçı təyyarələrin şəhərin müxtəlif hissələrini ağır artilleriya atəşi ilə hədəfə alması, həmçinin Qəzza zolağının cənubunda yerləşən Xan Yunus şəhərinin şimal hissələrinə şiddətli hava hücumları nəticəsində çoxlu sayda insan həlak olub və yaralanıb.
Bundan əlavə, Qəzza zolağının mərkəzi bölgəsində şiddətli partlayışların baş verdiyi bildirilsə də, hadisə nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə hələlik məlumat əldə edilməyib.
Aysu Demokrat.az


