Dünya Özəl

Almaniya kansleri koronavirusa yoluxdu

Almaniya kansleri koronavirusa yoluxdu

Almaniya kansleri Olaf Şolts koronavirusa yoluxub.

Demokrat.az xəbər verir ki, o, bu barədə “X” sosial media platformasından paylaşım edib.

Paylaşımda, “Covid-19” testinin müsbət olduğu və təcrid tədbirləri çərçivəsində işləməyə davam edəcəyini açıqlayıb.

Hökumət sözçüsü Steffen Hebestreit Berlində jurnalistlərə bildirib ki, baş nazir Şoltsun bu gün və sabahkı təkbətək görüşləri, o cümlədən Slovakiyanın baş naziri Robert Fiko ilə sabah planlaşdırılan görüşü ləğv edilib.

Hebestreit kansler Şoltsun ​​rəsmi vəzifələrini telefon və video konfrans vasitəsilə davam etdirəcəyini, lakin üzbəüz görüşlərin olmayacağını vurğulayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova