Pəncəli Kilid Əməliyyatı bölgəsində 5 PKK terrorçusu Türkiyə ordusu tərəfindən PUA ilə zərərsizləşdirilib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində aşkarlanan 5 PKK terrorçusu PUA ilə zərərsizləşdirilib.
Beləliklə, bu günə olan məlumata görə, İraqın şimalında zərərsizləşdirilən terrorçuların sayı 7-ə yüksəlib.
Aysu Demokrat.az


