Dünya Özəl

“Hizbullah” daha bir üzvünün öldüyünü açıqladı

“Hizbullah” daha bir üzvünün öldüyünü açıqladı

“Hizbullah” İsraillə Livanın cənubunda baş verən qarşıdurmalarda daha bir üzvünün öldüyünü açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, “Hizbullah” İsrail ordusu ilə Livan-İsrail sərhədində baş verən qarşıdurmalarla bağlı açıqlama verib.

Açıqlamada “Hizbullah” Hüseyn Əli İsa adlı üzvünün "Qüds uğrunda" həyatını itirdiyini iddia edib.

Oktyabrın 8-dən İsrail ordusu ilə toqquşmalarda həlak olan “Hizbullah” üzvlərinin sayı 106-ya yüksəlib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova