ABŞ-də kiçik təyyarənin magistral yola düşməsi nəticəsində baş verən yanğın nəticəsində 2 nəfər xəsarət alıb.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.
Məlumata görə, ABŞ-ın Şimali Karolina ştatının qərbində kiçik təyyarənin qəzaya uğraması nəticəsində yanğın baş verib.
Təyyarədə olan 2 nəfər yaralansa da, nəqliyyat vasitəsinin sürücüsünün isə xəsarət almadığı bildirilib.
FAA və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının qəzanı araşdıracağı paylaşılıb.
Aysu Demokrat.az


