Cənubi Koreya Müdafiə Nazirliyi Koreya Hava Hücumundan Müdafiə və İdentifikasiya Zonasına (KADIZ) daxil olan Çin və Rusiya təyyarələri ilə bağlı Çin və Rusiyanın Seul səfirliklərinə xəbərdarlıq edib.
Demokrat.az xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, Cənubi Koreya Müdafiə Nazirliyi KADİZ-ə daxil olan Çin və Rusiya təyyarələri ilə bağlı açıqlama verib.
Açıqlamada bildirilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Siyasət Direktoru Li Seong-Bom Seuldakı Çin və Rusiyanın hərbi attaşeləri ilə telefonla danışıb və hadisə ilə bağlı “narahatlığını” ifadə edib.
Açıqlamada nazirliyin "həssas ərazilərə icazəsiz daxil olduğu" bildirilən təyyarələrdən "kədərləndiyi" ifadə edilərək, Çin və Rusiyaya "hadisənin təkrarlanmaması üçün lazımi tədbirlər görülməsi ilə bağlı xəbərdarlıq edilib".
Xatırladaq ki, Cənubi Koreya Baş Qərargahından verilən yazılı açıqlamada, dünən 2 Çin və 4 Rusiya təyyarəsinin Ulleunq adasının şimalında KADİZ-ə daxil olduğu bildirilib.
Açıqlamada təyyarələrin ölkənin hava məkanını pozmadığı, Cənubi Koreyanın ehtiyat tədbiri olaraq bölgəyə döyüş təyyarələri göndərdiyi bildirilib.
Aysu Demokrat.az


