Dünya Özəl

“Terror aktının planlaşdırılması” mövzusunda ev tapşırığı verən müəllim vəzifəsindən kənarlaşdırıldı

“Terror aktının planlaşdırılması” mövzusunda ev tapşırığı verən müəllim vəzifəsindən kənarlaşdırıldı

İsveçdə “terror aktının planlaşdırılması” mövzusunda ev tapşırığı verən müəllim vəzifəsindən uzaqlaşdırılıb.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, ölkənin cənubundakı Jönköping şəhərindəki liseydə çalışan müəllim şagirdlərinə “hipotetik terror hücumu planlaşdırmaq” tapşırığı verib.

Orta məktəb şagirdlərinə verilən ev tapşırığı ilə bağlı məlumat alan təhsil rəsmiləri müəllimlə bağlı polisə şikayət etdiklərini açıqlayıb.

Məktəb rəhbərliyi müəllimi işdən uzaqlaşdırdıqlarını və məsələ ilə bağlı araşdırma başlatdıqlarını bildiriblər.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova