Hadisə Özəl

Təcili yardım maşını ilə avtomobil toqquşdu: 9 yaralı var

Təcili yardım maşını ilə avtomobil toqquşdu: 9 yaralı var

Türkiyənin Kahramanmaraş vilayətində təcili yardım maşını ilə avtomobilin toqquşması nəticəsində 9 nəfər xəsarət alıb.

Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Kahramanmaraşın rayonunda xəstələri daşıyan təcili yardım minik avtomobili ilə toqquşub.

Qəzada sürücülərlə birlikdə vasitələrdə olan 7 nəfər yaralanıb.

Vəziyyətin bildirilməsi ilə hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və Təcili Tibbi Yardım qrupları göndərilib.

Şəhərin müxtəlif xəstəxanalarına çatdırılan yaralılardan 2-nin vəziyyətinin ağır olduğu öyrənilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova