Dünya Özəl

BVF Ukraynaya 900 milyon dollar ödəməyi təsdiqlədi

BVF Ukraynaya 900 milyon dollar ödəməyi təsdiqlədi

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası Ukrayna üçün 15,6 milyard dollarlıq kredit proqramının ikinci baxışını başa çatdırıb və 900 milyon dolların ödənilməsini təsdiqləyib.

Demokrat.az xəbər verir ki, bu barədə BVF-dən verilən açıqlamada bildirilib.

Açıqlamada, İcraçı Direktorlar Şurasının Ukrayna ilə bağlı 4-cü maddə üzrə məsləhətləşməni və 4 illik maliyyə paketi çərçivəsində ikinci baxışı tamamladığı bildirilib.

İkinci baxışın tamamlanmasının təxminən 900 milyon dollar ödəməyə imkan verəcəyi qeyd edilib.

Martın 31-də BVF-nin İcraçı Direktorlar Şurası Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya ümumilikdə 122 milyard dollarlıq dəstək paketinin bir hissəsi kimi 48 aylıq 15,6 milyard dollarlıq maliyyə paketini təsdiqləyib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova