Region Özəl

2 qaçaq FETÖ üzvü tutuldu

2 qaçaq FETÖ üzvü tutuldu

Türkiyədə FETÖ üzvü olduqları üçün həbs cəzası alan 2 qaçaq məhkum tutulub.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, axtarışda olan şəxslərin tutulması üçün Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsi qrupları ölkənin Konya vilayətində əməliyyat keçirib.

Əməliyyat nəticəsində FETÖ üzvü olduqları üçün 6 il 3 ay həbs cəzası alan 2 şəxs saxlanılıb.

Prosedurlar başa çatdıqdan sonra məhkumlar həbsxanaya göndərilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova