Dünya Özəl

Livanın İsrailə raket hücumu nəticəsində bir nəfər öldü

Livanın İsrailə raket hücumu nəticəsində bir nəfər öldü

Livandan İsrailin şimalındakı Qərbi Qaliley bölgəsinə tank əleyhinə raketlərlə hücum edilib.

Demokrat.az xəbər verir ki, bu barədə İsrail ordusundan yazılı açıqlama verilib.

Açıqlamada hücumun həyata keçirildiyi bölgələrin İsrail ordusuna məxsus helikopter, tank və artilleriya atəşi ilə vurulduğu qeyd edilib.

Digər tərəfdən, İsrail təcili yardım xidmətinin verdiyi açıqlamada hücum nəticəsində bir israillinin öldüyü bildirilib.

Oktyabrın 8-dən Livan-İsrail sərhədində İsrail ordusu ilə "Hizbullah" arasında toqquşmalar gedir.

Qarşıdurmalarda 92 "Hizbullah" üzvü, 1 livanlı əsgər və 6 israilli əsgər həlak olub. Toqquşmalar həmçinin Livanda 3-ü uşaq və 3-ü jurnalist olmaqla 23 mülki şəxsin, İsraildə isə 5 mülki şəxsin ölümünə səbəb olub.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova