Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi baş verən mina hadisələri ilə bağlı bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə və məsuliyyətli davranmağa çağırır.
Bu barədə ANAMA-dan Demokrat.az-a daxil olan məlumatda deyilir.
"Nərəzə alın ki:
• Müharibə bitsə də işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatların təhlükəsi davam etməkdədir. • Minalanmış ərazilərdə hər bir yanlış addım həyat və sağlamlığınız üçün ciddi fəsadlar törədə bilər. • Təyin edilmiş yerlərdən, yollardan və cığırlardan kənara çıxmayın! • Naməlum və şübhəli əşyalara toxunmayın! • Təhlükəsizliyinə əmin olmadığınız ərazilərə daxil olmayın! • Atılıb qalmış hərbi sursatlar, texnikalar, səngərlər olan sahələrə, dağıdılmış yaşayış və digər tikililərin olduğu ərazilərə yaxınlaşmayın! • Verilən təlimatlara ciddi şəkildə riayət etməyiniz həyat və sağlamlığınız üçün vacibdir", ANAMA-dan bildirilib.


