Dünya

Rusiyada şagird məktəbdə atəş açıb — Ölən və yaralananlar var

Rusiyada şagird məktəbdə atəş açıb — Ölən və yaralananlar var

Rusiyanın Bryansk şəhərində məktəbdə silahlı insident baş verib.

Demokrat.azTASS-a istinadən xəbər verir ki, şəhərdə 5 saylı gimnaziyada 8-ci sinif şagirdi olan qız odlu silahdan bir neçə dəfə atəş açıb.

Hadisə zamanı 2 nəfər həlak olub, daha 4 nəfər isə yaralanıb.

Hazırda məktəbin ərazisi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əhatəyə alınıb. Hadisəni törədən şagirdin özünə qəsd etdiyi bildirilir.

D
demokrat.az