Dünya Özəl

Qəzzada həyatını itirən jurnalistlərin sayı 63 nəfərə çatdı

Qəzzada həyatını itirən jurnalistlərin sayı 63 nəfərə çatdı

İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda 63 jurnalist həyatını itirib.

Demokrat.az xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsi (CPJ) məlumat yayıb.

CPJ-nin dekabrın 4-nə olan ilkin araşdırmalarına görə, münaqişə nəticəsində ən azı 63 jurnalist və media işçisi öldürülüb.

Müharibənin başladığı 7 Oktyabrdan bu yana 16 mindən çox adam öldürülüb. Qəzza və İordan çayının qərb sahilində 15 mindən çox fələstinli, İsraildə isə 1200 nəfər ölüb.

Qeyd edək ki, bölgədə ən çox jurnalist yəni, 6 media işçisi 7 oktyabrda öldürülüb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova