Dünya Özəl

İordan çayının qərb sahilində daha 2 fələstinli qətlə yetirilib

İordan çayının qərb sahilində daha 2 fələstinli qətlə yetirilib

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində daha 2 fələstinlini öldürüb.

Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən yazılı açıqlama verilib.

Açıqlamaya görə, İordan çayının qərb sahilindəki Qalkilya şəhərində İsrail əsgərlərinin açdığı atəş nəticəsində 2 fələstinli həyatını itirib.

İsrail qüvvələri sözügedən fələstinlilərin cəsədlərini nəzarətə götürüb.

Oktyabrın 7-dən bəri işğal altında olan İordan çayının qərb sahilində öldürülən fələstinlilərin sayı 256-ya yüksəlib, bu il öldürülən fələstinlilərin sayı 464-ə çatıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova