Hadisə Özəl

Uşaq meydançasını yandıran terrorçular həbs edildi

Uşaq meydançasını yandıran terrorçular həbs edildi

Türkiyənin Qaziantep vilayətində uşaq meydançasının yandırılması ilə bağlı saxlanılan 9 PKK üzvündən 5-i həbs edilib.

Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, bölgədə 3 gün əvvəl baş verən yanğınla bağlı saxlanılan 9 şübhəlinin polis bölməsindəki prosedurları tamamlanıb.

Ədliyyəyə cəlb olunan şübhəlilərdən 5-i hakimlik tərəfindən həbs edilib, 4-ü isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Qeyd edək ki, noyabrın 26-da, rayonunun Belkıs Məhəlləsində yerləşən uşaq parkında naməlum səbəbdən yanğın baş verib və park yararsız hala düşüb.

Aysu Demokrat.az

D
demokrat.az