Hadisə

“Prius” 18 yaşlı qızı vurdu

“Prius” 18 yaşlı qızı vurdu

Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, “Toyota Prius” markalı avtomobil yolu keçən 2005-ci il təvəllüdlü Mikayılova Aydan Aydın qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

D
demokrat.az