UEFA Avropa Liqasında IIItəsnifat mərhələsinə yekun vuruldu.
Demokrat.azxəbər verir ki, ötən gecə keçirilən qarşılaşmalardan sonra pley-off mərhələsinin bütün cütlükləri məlum olub.
Avrokuboklarda yeganə təmsilçimiz "Qarabağ"mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Azərbaycan çempionu, Şimali İrlandiyanın “Linfild” klubu ilə turnirin qrup mərhələsinə vəsiqə qazanmaq uğrunda iki görüş keçirəcək.
Pley-off mərhələsinin oyunları 22 və 29 avqustda keçiriləcək.
Avropa Liqası, pley-off mərhələsi
Suduva (Litva) – Ferentsvaroş (Macarstan) Kopenhagen (Danimarka) – Riqa (Latviya) Seltik (Şotlandiya) – AİK (İsveç) Ararat (Ermənistan) – Düdelanj (Lüksemburq) Ludoqorets (Bolqarıstan) – Maribor (Sloveniya) Linfild (Şimali İrlandiya) – Qarabağ (Azərbaycan) Slovan (Slovakiya) – PAOK (Yunanıstan) Astana (Qazaxıstan) – BATE (Belarus) Torino (İtaliya) – Vulverhempton (İngiltərə) Legiya (Polşa) – Reyncers (Şotlandiya) Styaua (Rumıniya) – Vitoriya (Portuqaliya) PSV (Hollandiya) – Apollon (Kipr) AEK (Yunanıstan) – Trabzonspor (Türkiyə) Feyenoord (Hollandiya) – Hapoel (Beer-Şeva, İsrail) Gent (Belçika) – Riyeka (Xorvatiya) Espanyol (İspaniya) – Zarya (Ukrayna) Partizan (Serbiya) – Mölde (Norveç) Braqa (Portuqaliya) – Spartak (Moskva, Rusiya) Malmö (İsveç) – Bney Yehuda (İsrail) Strasburq (Fransa) – Ayntraxt (Almaniya) Alkmaar (Hollandiya) – Antverpen (Belçika)


