Husilər Qırmızı dənizdə ələ keçirdikləri İsrail gəmisini Yəmən sahillərinə çəkiblər.
Bu barədə Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının sözçüsü Yəhya Səriya bildirib.
Gəminin ekipajı dindirilib.
"Yəmən Silahlı Qüvvələri Qırmızı dənizdə hərbi əməliyyat keçirib və nəticədə İsrail gəmisi ələ keçirilib. O, Yəmən sahillərinə gətirilib”, - deyə vurğulanıb.
Bundan əvvəl “Al Hadath” telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, üsyançılar İsrailin “Galaxy Leader” yük gəmisini 22 ekipaj üzvü ilə Ədən körfəzi sularında ələ keçirib.
Öz növbəsində "Al Mayadeen" telekanalı ekipajın 52 nəfərdən ibarət olduğunu bildirib.(APA)


