Dünya

Sevgilisinə metroda evlilik təklifi etdi — HƏBS EDİLDİ

Sevgilisinə metroda evlilik təklifi etdi — HƏBS EDİLDİ

Moskva sakini sevgilisinə qeyri-adi şəkildə evlilik təklifi etmək qərarına gəlib. Belə ki, o, bunun üçün metro stansiyasını seçib. Lakin bu, gəncin həbs olunması ilə nəticələnib.

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə noyabrın 7-də baş verib.

Belə ki, gənc oğlan platformanın ortasına stol qoyub və qıza evlənmə təklif edib.

Sevgilisinə metroda evlilik təklifi etdi — HƏBS EDİLDİ

Məlumata görə, noyabrın 9-da oğlan saxlanılıb və xırda xuliqanlıq maddəsi ilə inzibati protokol tərtib edilib. Hüquq-mühafizə orqanları və Rayon Məhkəməsi hesab edib ki, gəncin hərəkətləri sərnişin axınına mane olub.

Məhkəmə onu beş sutka inzibati həbs cəzasına məhkum edib.

Qız isə xırda xuliqanlıqda təqsirli bilinərək cərimələnib.

D
demokrat.az