Sosial

Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Dağlıq və dağətəyi rayonların magistral yollarında görmə məsafəsi məhdudlaşacaq.

Bu barədə informasiyanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti yayıb.

Məlumata görə, noyabrın 13-də dağlıq və dağətəyi rayonlarda əsasən gecə və səhər dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimal olunur.

NE
Nihadə Eyyubova