Dünya Özəl

Pakistanda silahlı hücum nəticəsində 2 polis həlak oldu

Pakistanda silahlı hücum nəticəsində 2 polis həlak oldu

Pakistanın Hayber Paxtunxva əyalətində neft və təbii qaz şirkətinə hücum edilib.

Demokrat.az xəbər verir ki, bu barədə “Geo News” məlumat yayıb.

Məlumata görə, hücumda 2 polis məmuru həyatını itirib, 3-ü isə yaralanıb.

Səlahiyyətlilər hücumda ölən və yaralanan polislərin neft və təbii qaz şirkətinin təhlükəsizliyinə cavabdeh olduqlarını və silahlıların tutulması üçün əməliyyata başlanıldığını bildirib.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Bu, silahlıların Dera İsmayıl Xan bölgəsində son 5 gündə həyata keçirdiyi 5-ci hücum olub.

Qeyd edək ki, bu il ölkədə, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror aktları artıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova