Şərqi Afrika ölkələri Keniya və Somalidə davam edən leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 29 nəfər həyatını itirib.
Demokrat.az xəbər verir ki, bu barədə Milli mətbuat məlumat yayıb.
Məlumata görə, leysan yağışlar Somali və Keniyaya mənfi təsir edib.
Yağışlar yaşayış məntəqələrinə mənfi təsir göstərib, 113 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Yağışlardan minlərlə mal-qara və əkinçilik sahəsi də zərər çəkib.
Aysu Demokrat.az


