Dünya Özəl

İordan çayının qərb sahilində 3 fələstinli öldürüldü

İordan çayının qərb sahilində 3 fələstinli öldürüldü

İsrail qüvvələri İordan çayının qərb sahilində 3 fələstinlini öldürüb.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin Tulkerem şəhərində avtomobili atəşə tutması nəticəsində 3 fələstinli həlak olub, 1 nəfər isə ağır yaralanıb.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 7-dən bu yana işğal altında olan Şərqi Qüds və İordan çayının qərb sahilində İsrail qüvvələrinin hücumları nəticəsində 158 fələstinli həyatını itirib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova