Niderlandın Kulemborq şəhərində Türkiyənin Diyanet Vəqfinə bağlı İmam-ı Əzəm məscidinə hücum edilib.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, sözügedən məscidə naməlum şəxslər tərəfindən hücum edilib, hücum zamanı məscidin şüşələri sındırılıb.
Bölgə polisinin axtarışları nəticəsində hücumçu şəxs saxlanılıb. Hücumun təfərrüatları araşdırılır.
Aysu Demokrat.az


