Sosial Özəl

”Yeniyetmələr sosial şəbəkələrdə nə görürlərsə, doğru olduğunu düşünürlər” — Psixoloq

”Yeniyetmələr sosial şəbəkələrdə nə görürlərsə, doğru olduğunu düşünürlər” — Psixoloq

Xəbər verdiyimiz kimi, Gəncə şəhərində itkin düşən məktəbli tapılıb.

Noyabrın 1-də də yaşadığı evdən çıxıb, naməlum istiqamətə gedərək itkin düşən şəhər sakini 2007-ci il təvəllüdlü Nurcan Eyyubova tapılaraq ailəsinə təhvil verilib.

Son vaxtlar xüsusən də məktəbli qızların evdən qaçması halları artıb. Bunun səbəbləri barədə psixoloq Gülnar Orucovanın fikirlərini öyrəndik.

O, Demokrat.az-a açıqlamasında dedi ki, bəzən yeniyetməlik dövründə valideynlərlə uşaqlar arasında münasibətlər gərginləşir, uşaq çıxış yolunu evdən qaçmaqda görür:

”Yeniyetmələr sosial şəbəkələrdə nə görürlərsə, doğru olduğunu düşünürlər” — Psixoloq

“Bəzən yeniyetmələr sosial şəbəkələrdə kimlərləsə tanış olurlar, şirin vədlərə inanırlar. Valideyn övladına kifayət qədər sevgi bəxş etsə, diqqət, zaman ayırsa, belə hallar baş verməz. Valideyn övladının maraqlarına, sevdiyi işlərə əhəmiyyət vermir, əvəzinə onu nələrdənsə yayındırır. Valideyn izah etmir ki, sosial şəbəkələrə niyə girmək olmaz, niyə telefonda oyun oynamaq olmaz. Bunları uşaqlara izah etmək lazımdır. Sosial şəbəkələrin ziyanları, cinsi tərbiyə kimi mövzularda uşaqlarımızla söhbətlər aparmalıyıq. Valideyn övladına nəyisə izah etməkdən çəkinməməlidi.

Uşaq ailəsindən şiddət görəndə bəzən məktəbin də bundan xəbəri olur, amma rəhbərlik bu barədə aidiyyəti orqanlara məlumat vermir. Düşünülür ki, məktəbin adına xələl gələcək. Yeniyetmələr sosial şəbəkələrdə nə görürlərsə, onun doğru olduğunu düşünürlər. Təəssüf ki, yeniyetmələrdə nəyinsə fərqinə varmaq, seçim edə bilmək qabiliyyəti artıq yox səviyyəsindədir. Düşünürlər ki, kimsə bunu edirsə, demək yaxşı şeydir.

Mediada da günah görürəm. Mənfi bir hadisəni dayanmadan bütün saytlar tirajlayır. İntihar xəbərləri, boşanmalar, evdən qaçmaq, xəyanət xəbərləri paylaşıldıqca artır. Bu, insanlara şüuraltı təsir edir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova