Dünya Özəl

Pakistanda bombalı hücum: Ölənlər var

Pakistanda bombalı hücum: Ölənlər var

Pakistanın Heybər Pahtunva əyalətində polis avtomobilinə bombalı hücum edilib.

Demokrat.az xəbər verir ki, bu barədə “Geo News” məlumat yayıb.

Bildirilib ki, dəhşətli hücum nəticəsində baş verən partlayışda 5 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

Səlahiyyətlilər, yaralıların xəstəxanaya yerləşdirildiyini, həmçinin, vəziyyətlərinin ağır olaraq qaldığını açıqlayıb.

Qeyd edək ki, naməlum hücumçularla bağlı araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova