Türkiyədə avtomobil ticarəti ilə məşğul olan şəxslər arasında yaranan davada 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata əsasən, hadisə ölkənin Çorum vilayətində baş verib.
Hadisə yerinə təcili tibbi yardım və polis qrupları göndərilib.
İlkin baxış zamanı silahlı davada 1 nəfərin öldüyü, digərinin isə ağır yaralandığı öyrənilib.
Hadisənin təfərrüatları araşdırılır.
Aysu Demokrat.az


