Fransanın nəqliyyat nazir-deleqatı Kleman Bon bildirib ki, oktyabrın ortalarından bəri hava limanlarında partlayış təhlükəsi ilə bağlı 100 məlumat daxil olub.
“Oktyabrın 18-dən bəri hava limanlarında partlayış təhlükəsi ilə bağlı 100 məlumat daxil olub”, - deyə o, bildirib.
O qeyd edib ki, son günlər hüquq-mühafizə orqanları daha qətiyyətli reaksiya verdiyi üçün belə hallar azalıb.
“Biz hər bir hal (terror hücumları riski ilə bağlı yalan məlumatlarla bağlı –red.) üçün məhkəməyə müraciət edəcəyik”, - deyə Bon əlavə edib.
Fransada son həftələrdə bomba təhlükəsi ilə bağlı məlumatların daxil olması səbəbindən bir çox regional hava limanını bir neçə dəfə boşaldıb. Bu xəbərlərin heç biri təsdiqini tapmayıb.(oxu.az)


