Türkiyədə terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatda saxlanılan 3 şübhəlidən 2-si həbs edilib.
Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, terror təşkilatı İŞİD-in fəaliyyətinin ifşası və qarşısının alınması istiqamətində görülən işlər çərçivəsində əməliyyat təşkil edilib.
Eyni vaxtda keçirilən əməliyyatda 3 şübhəli saxlanılıb, bir silah, çoxlu güllə və qadağan olunmuş nəşrlər ələ keçirilib.
Polis bölməsindəki əməliyyatların ardından ədliyyəyə sövq edilən şübhəlilərdən ikisi hakim tərəfindən həbs edilib, biri isə sərbəst buraxılıb.
Aysu Demokrat.az


