İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Türkiyəyə səfər edəcək.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın noyabrın 1-də Türkiyəyə səfər edəcəyi bildirilib.
Bəyanatda xarici işlər naziri Hakan Fidanın iranlı həmkarı ilə aktual regional məsələləri və ikitərəfli əlaqələri, xüsusilə Fələstində baş verənləri müzakirə edəcəyi də vurğulanıb.
Aysu Demokrat.az


