Dünya

Fələstin Qəzzada 8 mindən çox insanın öldüyünü bildirdi

Fələstin Qəzzada 8 mindən çox insanın öldüyünü bildirdi

İsrailin atəşə tutması və bombalaması nəticəsində Qəzza zolağında ölənlərin sayı 8 mini keçib.

Məlumata görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Son 24 saat ərzində qurbanların sayı 300-dən çox artıb", - departamentin “Əl Hadat” telekanalına istinadən verdiyi açıqlamada deyilir. Daha əvvəl 7,7 min nəfərin öldüyü bildirilirdi.

Oktyabrın 7-dən Qəzzada silahlı qarşıdurma başlayandan bəri 19 min adam yaralanıb.//APA

D
demokrat.az