Dünya Özəl

İraq və Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirildi

İraq və Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirildi

İraqın şimalında Türkiyə ordusu tərəfindən daha 5 terrorçu zərərsizləşdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“İraqın şimalında uğurla davam edən “Pəncə-Kilit” əməliyyatı bölgəsində 2-si PKK-lı, Suriyanın şimalındakı Zeytun budağı bölgəsində isə 3 PKK terrorçusu olmaqla 5 terrorçu zərərsizləşdirilib. Terrorla mübarizəmiz davam edir”- məlumatda deyilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova