Dünya Özəl

BMT: Qəzzanın şimalındakı insanlara yardım çatdırılmalıdır

BMT: Qəzzanın şimalındakı insanlara yardım çatdırılmalıdır

Qəzzanın şimalındakı təxminən 400 min insana yardım çatdırılmalıdır.

Demokrat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) məlumat yayıb.

Bildirilib ki, BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında Qəzza və regiondakı humanitar vəziyyətlə bağlı qiymətləndirmələr aparılıb.

Qəzzanın şimalında sayının təxminən 400 min olduğu təxmin edilən insanlara yardımın çatdırılmasının vacibliyinə diqqət çəkilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova