Gündəm Özəl

"Gürcüstan sülh prosesinə töhfə verə bilər" — Politoloq

Gürcüstan sülh prosesinə töhfə verə bilər — Politoloq

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib ki, ölkəsi Azərbaycan və Ermənistan arasında neytral və qərəzsiz vasitəçiliyə hazırdır.

Demokrat.az xəbər verir ki, o, Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının təməlqoyma mərasimində çıxışı zamanı bildirib ki, Gürcüstan hökuməti regionda uzunmüddətli sülhün bərqərar olunmasında iştirak etməyə hazırdır.

Politoloq Samir Hümbətov Demokrat.az-a açıqlamasında deyib ki, Gürcüstanın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün edə biləcəyi çox şey var:

Gürcüstan sülh prosesinə töhfə verə bilər — Politoloq

"Region dövlətidir və neytraldır. Proseslərin normallaşmasına ciddi dəstək verə bilər. Prezident İlham Əliyev də Gürcüstana səfəri zamanı vasitəçiliyin mümkün ola biləcəyini bildirmişdi. Bu, tərəflərin ortaya müstəqil iradə qoymasına da səbəb ola bilər. Azərbaycan Gürcüstanın vasitəçiliyinə müsbət yanaşır, Ermənistan da bunda maraqlı olmalıdır. Bu halda proses baş tuta və uğurlu nəticə verə bilər.

Gürcüstanda xarici işlər nazirlərinin görüşündən sonra mina xəritələrinin Azərbaycana qaytarılması ilə bağlı addımlar atılmışdı. Erməni terrorçularının Gürcüstan üzərindən Ermənistana qaytarılması həyata keçirilmişdi".

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova