Slovakiya hökuməti Ukraynaya hərbi yardımı dayandıracaq.
Demokrat.az xəbər verir ki, bu barədə Slovakiyada yeni qurulan hökumətin baş naziri Robert Fiko məlumat verib.
O deyib ki, artıq Kiyevə hərbi yardım dəstəklənməyəcək:
"Avropa Birliyi silah tədarükçüsündən vasitəçiliyə keçməlidir. Qərbin Moskvaya qarşı sanksiyalarına qarşıyıq, Slovakiya Moskvaya qarşı heç bir sanksiyaya səs verməyəcək.
Həmçinin Ukraynaya heç bir hərbi yardım göstərilməyəcək. Rusiya və Ukrayna 10 il həll olunmamış münaqişə ilə məşğul olmaqdansa, 10 illik sülh danışıqlarında iştirak etsə daha yaxşıdır".
Aysu Demokrat.az


